Rusiyada sürücülər arasında baş verən davanın görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, insident Ufa şəhərində qeydə alınıb.
Kadrlarda, avtodayanacaqda iki sürücünün mübahisə etdiyi və ardınca da sol tərəfdəki şəxsin digərinə yumruqlar ataraq yerə sərdiyi görülür.
Yerə yıxılan şəxs ayağa qalxmaq istəsə də buna nail ola bilmir. Yalnız ətrafdakı bir nəfərin müdaxiləsindən sonra o ayağa qalxa bilir.
Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man