Rusiyanın Sankt-Peterburq şəhərində qatar və minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Krasnoselsk rayonunun “Liqovo” stansiyası yaxınlığında qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan yük qatarı eyni anda dəmir yol keçidindən keçən minik avtomobili ilə toqquşub. Zərbənin şiddətindən minik avtomobili otluq sahəyə düşüb.
Nəticədə maşının qadın sürücüsü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man