Dəhşətli mənzərə: qəza nəticəsində ətrafa yayılan qaz yanğına səbəb oldu - VİDEO

Nəqliyyat TV 26 Mart 2020 | 18:00
OXUNUB: 1095

Pakistanda yol-nəqliyyat hadisəsi nəticəsində sıxılmış qazla dolu sistern aşıb və ətrafa yayılan qaz yanğına səbəb olub. Avtosfer.az xəbər verir ki, insident martın 25-də Lahor şəhərində qeydə alınıb. Bu barədə “Samaa” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, qəza yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib. Sıxılmış qaz dolu yük maşını qəza səbəbindən aşıb, sonra sızma olub və qaz 1000 kvadratmetr əraziyə yayılıb. Daha sonra alışıb. Yanğın yanacaqdoldurma məntəqəsini, bir neçə binanı, 70-ə yaxın motosiklet və mopedi, habelə 4 avtobusu bürüyüb.

Bildirilir ki, yanğın 1 saatdan sonra söndürülüb. Hadisə zamanı 10-dan çox insan yanıq xəsarətləri alıb.

Polis yük maşının sürücüsünü həbs edib.

Faktla bağlı cinayət işi açılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man