Anadangəlmə qolu olmayan qadın maşını belə idarə edir – VİDEO

Nəqliyyat TV 17 Mart 2020 | 16:50
OXUNUB: 1408

Kadrlarda gördüyünüz qadın “Talidomid Sindromu” nəticəsində qolsuz dünyaya gəlib. Avtosfer.az xəbər verir ki, 28 yaşlı Jilumol Mariet Tomas Hindistanın cənubunda yerləşən Kerala əyalətinin Karimannoorda kəndindəki bir fermer ailəsində anadan olub.

Avtomobil sürmək onun uşaqlıqdan xəyalı olub.

Jilumol üç il əvvəl sürücülük vəsiqəsi almaq üçün müraciət etsə də məmurlar bunun onun üçün pis fikir olduğunu bildiriblər.  

Lakin o, ruhdan düşməyərək bir neçə quruma müraciət etdikdən sonra, müvafiq şəkildə dəyişdirilmiş nəqliyyat vasitəsini istifadə etməsi şərti ilə bir imtahana buraxılıb.

2018-ci ildə Jilumol, tələb olunan dəyişikliklərə əsasən xüsusi hazırlanmış “Maruti” (Hindistan avtomobil markası) Celerio-Avtomatik avtomobilini alır.

İndi 28 yaşlı Jilumol Mariet Tomasın, ayaqları ilə avtomobili necə məharətlə idarə etdiyini sizə

təqdim edəcəyik.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man