Rusiyanın Yaroslav şəhərində təcili tibbi yadım maşınının və minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Avtosfer.az xəbər verir ki, insident martın 16-da günorta saatlarında prospektlə küçənin kəsişməsində qeydə alınıb.
Kadrlarda, yol kəsişməsində təcili tibbi yardım maşını ilə minik avtomobilinin toqquşduğu və zərbənin təsirindən hər iki nəqliyyat vasitəsinin piyadaların olduğu səkiyə tərəf hərəkət edərək arakəsmələrə çırpıldığı görülür.
Məlumata görə, içərisində koma vəziyyətində xəstə olan təcili tibbi yadım maşını yanıb-sönən serena işıqlarını yandıraraq svetoforun qırmızı işığında keçib. Bu arada digər sol istiqamətdən gələn “Volkswagen” markalı avtomobilin sürücüsü dayanmalı olduğu halda hərəkət edib və nəticədə toqquşma baş verib.
Xəstə qəza yerinə çağırılan digər tibb maşını ilə xəstəxanaya çatdırılıb.
Bildirilir ki, hadisə zamanı avtomobillərin sürücüləri də xəsarət alıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man