Mağazanın qarşısına avtomobili park edən qadın sürücü dükan sahibi tərəfindən döyülüb. Avtosfer.az xəbər verir ki, insident Rusiyanın Yesentuki şəhərində qeydə alınıb. Hadisənin görüntüləri təhlükəsizlik kameralarına düşüb.
Kadrlarda, qadın sürücünün avtomobili bir dükanın girişinə park etdiyi, bundan hiddətlənən mağaza sahibinin qadına yaxınlaşdığı və onunla avtomobili mağazanın önündən çəkməsi barədə söhbət etdiyi görülür. Sonra isə qadın maşından enir və mağaza sahibi ilə aralarında sözlü mübahisə başlayır. Ardınca isə kişi onu vurmağa başlayır.
Yerli sakinin sözlərinə görə, qadın kişiyə “bu hərəkətlərinə görə peşman olacaqsan” sözlərini deyərək polis çağırıb.
Şahidlər həmçinin, qadının başından xəsarətlər aldığını və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığını bildirib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man