Ağstafa rayonunda qəza hadisəsi baş verib. yüksək sürətlə idarə olunan minik maşını yoldan cıxaraq dərəyə yuvarlanıb. Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının 460-cı kilometrliyində - Qırılı kəndi ərazisində qeydə alınıb. Gömrük postunda xidmətdən cıxıb evə yollanan Kürdəmir rayon sakini Xəyyam Əmraslanov idarə etdiyi "Ford" markalı minik avtomobili ilə qəzaya uğrayıb. Qəza zamanı avtomobil yol kənarında 4 ağacı qıraraq aşıb.
Sürücü Xəyyam Əmraslanov müxtəlif bədən xəsarətləri alıb. Qəza nəticəsində avtomobilin yük yerində olan cox sayda spirtli içki, eyni zamanda Gürcüstan istehsalı olan limonadlar qırılaraq yerə tökülüb. Qırılmamış spirtli ickilər isə əraziyə gələn digər gömrük işciləri tərəfindən götürülüb. Avtomobil tam olaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı Daş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, bu barədə jurnalist Ələddin Qarayev sosial şəbəkədə paylaşım edib.
xia.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man