20 Yanvar dairəsində edilən dəyişiklik sürücülərə problem yaratdı - VİDEO

Nəqliyyat TV 10 Mart 2020 | 17:20
OXUNUB: 3644

“20 Yanvar” dairəsində dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, “Şamaxinka” istiqamətindən gələn avtomobillər Zərdabi prospektinə birbaşa daxil ola bilmir. Həmin nəqliyyat vasitələri Müzəffər Həsənov küçəsi ilə qalxmalı və Şərifzadə ilə kəsişmədən geriyə dönərək Zərdabi prospektinə daxil olmalıdırlar. Eyni zamanda Müzəffər Həsənov küçəsindən gələn nəqliyyat vasitələri və avtobuslar məcburi olaraq Zərdabi prospektinə daxil olmalı və geriyə dönmə edərək 20 yanvar dairəsinə getməlidirlər.

Təbii ki, tıxacın qarşısının alınması üçün bu yaxşı addımdır. Lakin iritutumlu avtobuslar Zərdabi prospektində geriyədönməni birfədəyə edə bilmir. Çünki yolun kənarında dayanma-durma qaydalarını pozaraq park etmiş avtomobillər maneə yaradır. Nəticədə ərazidə tıxac yaranır. Yaxşı olardı ki, həmin avtomobillər geriyə dönmə istiqamətindən götürülsün ki, avtobuslar da rahat dönmə edə bilsinlər.

 

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man