Türkiyənin İstanbul şəhərində motosikletin yolu keçən qadını vurma görüntüləri təhlükəsizlik kameralarına düşüb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident Avcılar rayonunda qeydə alınıb.
Kadrlarda, sərnişin mikroavtobusunun dayanacaqdan kənarda sərnişin düşürüb-endirdiyi və bu məqamda sürətlə hərəkətdə olan motosikletlinin yolu keçməkdə olan qadını vurduğu görülür.
Zərbənin şiddətindən o, havaya qalxaraq asfalta düşür.
Qəza şahidləri dərhal “təcili tibbi yardıma” zəng vurublar. Müxtəlifə dərəcəli bədən xəsarətləri alan qadın, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Motosiklet sürücüsü isə polis tərəfindən ifadəsi alınması üçün bölməyə aparılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man