Rusiyada 1 nəfərin ölümü, 3 nəfərin də xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Kaluqa əyalətində qeydə alınıb.
Kadrlarda, sürücünün “Ford” markalı minik avtomobilinin yüksək sürətlə idarə etdiyi, ötmə əməliyyatı zaman yolun əks istiqamətinə çıxdığı və qarşıdan gələn “Renault” markalı minik maşını ilə toqquşduğu görülür. Qəzanın şiddətində hər iki nəqliyyat vasitəsinin ön hissəsi deformasiyaya uğrayır.
Qəzada “Renault”ın sürücüsü hadisə yerində dünyasını dəyişib. "Ford"da olan 3 nəfər (2-si uşaq, 1-i qadın) isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı “Ford” sürücüsü barəsində isə cinayət işi açılıb, araşdırmalar aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man