Bakıda baş vermiş şok piyadavurma hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, yolu keçməkdə olan gənc qızı üzərində taksi nişanlı “VAZ 2106” markalı avtomobilin sürücüsü vurub. Ətrafdakı insanların köməyi ilə piyada avtomobilə əyləşdirərək xəstəxanaya aparılıb.
Hadisəni təhlil edən zaman görünür ki, piyada təyin olunmamış yerdən keçsə də sürücünün onu görməsi üçün kifayət qədər zamanı olub. Ehtimal olunur ki, sürücü sükan arxasında diqqət yayındıran hərəkətlər edib.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man