Bakının mərkəzində "07" sürücüsündən təhlükəli ŞOU - VİDEO

Nəqliyyat TV 27 Fevral 2020 | 18:30
OXUNUB: 2109

Azərbaycanda avtoxuliqanlara və yol hərəkəti qaydalarına məhəl qoymadan avtomobil idarə edən sürücülərə qarşı Dövlət Yol Polisi tərəfindən sərt tədbirlərin görülməsinə baxmayaraq, belə sürücülər yenə də var. Hətta Bakı şəhərinin mərkəzi küçələrində üzərində konstruksiya dəyişikliyi edilən, heç bir qadağanedici nişanların, işıqforların tələbinə riayət etməyən və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərə rast gəlmək mümkündür. Müşahidələr göstərir ki, belə qanunazidd əməlləri sürücülər adətən Rusiyada istehsal edilən VAZ markalı avtomobillərlə edirlər.

İzləyicilər tərəfindən “VAZ 2107” markalı avtomobilin sürücüsünün Bakının mərkəzində təhlükəli hərəkətlərinin əks olunduğu videogörüntü daxil olub.

Həmin görüntülərdə Bülbül küçəsi ilə Zərifə Əliyeva prospektinin kəsişməsində 90-HX-242 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü digər nəqliyyat vasitələrinin sürücülərini çətin vəziyyətə salaraq təhlükəli manevrlər edir. Daha sonra həmin sürücü işıqforun qırmızı işığının tələblərini pozaraq heç nə olmamış kimi hərəkətinə davam edib.

Avtosfer.az “Report”-a istinadən həmin görüntüləri təqdim edir:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man