Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində yük maşınının yolda qaçan balaca oğlanı vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Nijnevartovsk şəhərində qeydə alınıb.
Kadrlarda, hərəkətdə olan “Kamaz”ın yolda qaçan balaca oğlanı vurduğu görülür.
Yerli polisin məlumatına görə, uşaq yolu piyada üçün nizamlanmayan yerdən qaçaraq keçmək istəyib və nəticədə yük maşınının sürücüsü vaxtında əyləcə sıxmayaraq onu vurub. Qəza zamanı 7 yaşlı oğlan müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin necə olması barədə məlumat verilmir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man