Rusiyanın Sankt-Peterburq şəhərində qadın sürücünün idarə etdiyi avtomobilin su kanalına düşmə görüntüləri təhlükəsizlik kameralarına düşüb. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Neva çayına tökülən Fontanka kanalının sahil yolu üzərində yerləşən 50-ci evin qarşısında qeydə alınıb.
Kadrlarda, “Mini Cooper” markalı avtomobilin qəfildən idarəetmədən çıxdığı və onun əvvəlcə səkiyə dəydiyi, sonra da dəmir məhəcəli aşıraraq su kanalına düşdüyü görülür.
“Fontanka” saytının məlumatına görə, 40 yaşlı xanım sürücü öz imkanları ilə suya düşmüş avtomobildən çıxaraq sahilə üzüb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Xilasetmə xidmətinin əməkdaşları isə avtomobili düşdüyü yerdən kran vasitəsi ilə çıxarıblar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man