Rusiyanın Rostov əyalətində huşunu itirən qadının yolun hərəkət zolağına yıxılması və avtobusun altında qalmaqdan son anda qurtulma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Azov şəhəri ərazisində qeydə alınıb.
Kadrlarda, bir qadının səkidə irəlilədiyi və qəfildən yolun hərəkət hissəsinə yıxıldığı görülür. Bu an onun başı, sürətlə hərəkətdə olan avtobusun təkərlərinin altında qalmaqdan santimetr məsafə ilə sovuşub.
Yerli KİV-in bildirdiyinə görə, o, birdən özünü pis hiss edib və huşunu itirərək yıxılıb.
Xoşbəxtlikdən, qadın hadisə nəticəsində xəsarət almayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man