Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən - VİDEOREPORTAJ

Nəqliyyat TV 19 Fevral 2020 | 18:20
OXUNUB: 1211

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində müasir standartlara cavab verən nəqliyyat infrastrukturu mövcuddur. Bakı Nəqliyyat Agentliyinin Sərnişindaşıma Fəaliyyətinin Tənzimlənməsi Şöbəsinin müdir müavini Vüqar Məmmədzadə “Report”a açıqlamasında bildirib ki, mərkəzdə 10 şəhərdaxili, 19 şəhərətrafı marşrut xətti fəaliyyət göstərir: “Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində 30 müntəzəm marşrut xətti üzrə 450-dən çox avtobus fəaliyyət göstərir. Həmin avtobuslar gün ərzində orta hesabla 270 min sərnişin daşıyır. BNA-nın əməkdaşlarından bura işçilər cəlb olunub. Ciddi şəkildə nəzarət var. Burda marşrutlar özəl sahibkarla tərəfindən istismar edilir. Onlara da tapşırıqlar verilib. Onlar da bura öz nümayəndələrini ayırıblar. Ümumilikdə Bakı şəhərinin 24-dən artıq qəsəbəsinə burdan avtobuslar fəaliyyət göstərir. 10 marşrut şəhərdaxili, 19 marşrut şəhərətrafı, 1 marşrut isə H-1 nömrəli ekspress avtobusdur”.

Qeyd edək ki, Mərkəzdə 4 platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlığı, havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları ilə yanaşı mərkəzdə 5 köşk, 1 idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı inşa edilib. Zallar içməli su ilə də təmin olunub.

“Report” Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən hazırladığı reportajı təqdim edir:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man