Türkiyənin Diyarbakır vilayətində yolu keçən piyadanı avtomobil vurub. Avtosfer.az xəbər verir ki, insident ötən gün Yenişehir rayonunda qeydə alınıb. Bu barədə “İHA” agentliyi məlumat verib.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən qadın, yolu keçmək istəyərkən sürətlə hərəkətdə olan minik avtomobili onu vurub. Zərbənin şiddətindən qadının başı əvvəlcə ön şüşəyə dəyib və sonra da havada bir neçə dəfə fırlanaraq avtomobilin arxa şüşəsindən salona girib.
Qəzanı görən ətrafdakı vətəndaşlar dərhal təcili tibbi yardım briqadasına və polisə xəbər veriblər.
Nəticədə ağır xəsarətlər alan qadın, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadın, həkimlərin bütün səylərinə baxmayaq həyatını itirib.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man