Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobilinin piyadanı vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az “78.ru” portalına istinadən xəbər verir ki, insident Krasnoselsk rayonunda qeydə alınıb.
Kadrlarda, piyadanın işıqforun qadağanedici siqnalında yolu qaçaraq keçmək istədiyi və bu anda sükan arxasında 22 yaşlı gəncin olduğu “Honda” markalı minik avtomobilin onu vurduğu görülür. Zərbənin şiddətindən piyada təxminən 20 metr kənara düşür.
Bildirilir ki, 30 yaşlı zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man