Rusiyanın paytaxtında qadın sərnişinin taksi sürücüsünün qiymət artımına qarşı etdiyi etirazın görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, sürücü baş verən insidenti mobil telefon vasitəsi ilə qeydə alıb.
Kadrlarda, qadın sərnişinin sürücünü söydüyü, ondan sifariş etdiyi ünvana aparmasını və onu vurduğu görülür.
Bəzi məlumatlara görə, qadın fitnes-mərkəzə getmək üçün taksi sifariş verib. Ancaq, ünvana gələn sürücü müştərini xeyli gözləməli olub və buna görə də gediş haqqı yüksəlib. Hadisə sürücünün qiymət artımına kobud cavab verən sərnişini aparmaqdan imtina etməsindən sonra baş verib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man