Yük maşını ilə yarışan “Lexus” sürücüsü öz ölümünə səbəb oldu - VİDEO

Nəqliyyat TV 12 Fevral 2020 | 15:57
OXUNUB: 1972

Rusiyanın Soçi şəhərində öz ölümünə səbəb olan sürücünün görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında А-148 avtomagistralı üzərində yerləşən 4 saylı tuneldə qeydə alınıb.

Kadrlarda yol nəqliyyat işçilərinin tuneldə iş apardıqları, girişdə bununla bağlı xəbərdaredici yol nişanının da qoyulduğu və yük maşını ilə yarışan “Lexus” markalı avtomobil görülür. Sürətlə hərəkət edən “Lexus” əvvəlcə yol nişanını vurur, sonra isə əks zolaqda iş aparan ağır tonnajlı maşına çırpılır.

Nəticədə “Lexus”un sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Bildirilir ki, iki maşından başqa, daha 2 nəqliyyat vasitəsi də zərər görüb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man