“Ford”a çırpılan qatar onu metrlərlə sürüklədi - VİDEO

Nəqliyyat TV 08 Fevral 2020 | 13:38
OXUNUB: 1640

Türkiyənin Afyonkarahisar vilayətində qatar yük maşınını vuraraq metrlərlə sürükləyib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 6-da səhər saatlarında Sülümenli qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, mağazalara çörək paylayan Uğur Çankaya idarə etdiyi 03 PT 378 qeydiyyat nömrə nişanlı “Ford” markalı yük maşını ilə, dəmir yolu keçidindən şlaqbaumun bağlı olmasına və xəbərdarlıq edici siqnala məhəl qoymayaraq keçməyə çalışıb. Ancaq, relslərin üzərində asılı qalıb. Həmin anda dəmir yolu xətində hərəkətdə olan yük qatarı “Ford” çırpılıb və onu metrlərlə sürükləyib.

Nəticədə yük maşının sürücüsü xəsarətlər alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man