Gecə radələrində avtoxuliqanlıq edən avtomobil aşıb. Avtosfer.az xəbər verir ki, hadisə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında baş verib. Avtoxuliqanlıq edən “VAZ 21-07” markalı avtomobil döngəyə yüksək sürətlə girərkən idarəetməni itirib və nəticədə aşıb. Avtomobildə olan sərnişinlər isə şok keçirib. Belə ki, maşından düşən şəxslər dərhal hadisə yerindən qaçmağa başlayıblar.
Qeyd edək ki, hadisə bir müddət əvvəl baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, gənclərin avtoxuliqanlıq kimi lazımsız hərəkətlər etməsi təəssüf doğurur. “Onlar anlamalıdırlar ki, bu cür hallar yolverilməzdir. Çünki qəzaların əksəriyyəti də məhz belə vəziyyətlərdə baş verir. Nəticədə ailələr gözüyaşlı qala bilər. Eyni zamanda gənc yaşında əlil olmaq mümkündür. Gənclərə tövsiyəmiz budur ki, analoji hallara yol verməsinlər.”
Videonu təqdim edirik:
Nazim
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man