Bakıda daha bir fırıldaqçı peyda olub. Sürücülərin unikal.org-a verdiyi məlumata görə, paytaxtın Suraxanı rayonunda yolun kənarında dayanan qadın hərəkət edən avtomobillərin içərisinə baxır. Sonra yolda saxlayan maşına əyləşən qadın sürücüdən 50 manat pul tələb edir. Sürücü pulu vermək istəmədiyində isə qadın polisə şikayət edəcəyini və yaxud onları şərləyəcəyini bildirir.
Qeyd edək ki, həmin qadın Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsindən bir qədər aralıda və Suraxanı-Zığ Şossesində (keçmiş 7 saylı internatın yaxınlığında) dayanaraq bu "əməli" törədir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man