Avtomobillə yol polisini vurub kapotun üzərində 3 kilometr sürüdü - VİDEO

Nəqliyyat TV 23 Yanvar 2020 | 20:11
OXUNUB: 2117

Qazaxıstanda sürücü Yol Patrul Xidmətinin (YPX) əməkdaşının tələbinə məhəl qoymayaraq onu avtomobillə vurub və onu kapotun üzərində 3 kilometrə yaxın sürüb. Avtosfer.az xəbər verir ki, Şımkent şəhərində yol qovşağında iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəzadan sonra nəqliyyat vasitələrinin sürücüsünə iki YPX inspektoru yaxınlaşıb və onlardan sənədləri təqdim etməyi tələb ediblər. Ancaq, hər iki sürücüdə tələbə məhəl qoymayaraq sükan arxasına keçiblər. Bundan sonra polislər avtomobillərin qarşısını kəsiblər. Sürücülərdən biri mühərriki işə salaraq inspektorlardan birini vurub. Ardınca da o, kapotun üzərində olan hüquq-müdafiəçisi ilə birgə hadisə yerini tərk edib.

Nəticədə qayada pozucu saxlanılaraq bölməyə gətirilib. Aparılan araşdırma zamanı sürücünün narkotik maddənin təsiri altında olduğu müəyyən olunub.

Bildirilir ki, hadisə zamanı YPX əməkdaşı xəsarət almayıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man