Rusiyanın Nijne Novqorod aeroportunda təyyarənin salonunda dava salan iki sərnişin saxlanılıb. Avtosfer.az xəbər verir ki, insident Taylandın Phuket adasından Nijne Novqorod şəhərinə uçan təyyarədə baş verib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
İrina Volkun bildirdiyinə görə, salonda iki kişi stüardessanın xəbərdarlığına məhəl qoymayaraq spirtli içki qəbul ediblər. Daha sonra onlardan biri digər sərnişinlərlə mübahisə etməyə başlayıb və onları təhqir edib. Ardınca kapitan bir neçə dəfə təcili enişlə bağlı elan verib. Bort baxıcıları sərxoş şəxsləri çətinliklə sakitləşdiriblər.
Təyyarə aeroporta eniş etdikdən sonra isə hər iki şəxs polis tərəfindən bölməyə aparılıb. Onların barəsində inzibati protokol tərtib edilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man