Belarusda minik avtomobilinin və yük maşının iştirakı ilə baş verən yol qəzasının görüntüləri nəqliyyat vasitəsinin registratoruna düşüb. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, hadisə Minsk əyaləti ərazisindən keçən M1 avtomagistralında qeydə alınıb.
Kadrlarda, qarlı havada yolun qarşı zolağında “BMW” markalı avtomobilin sürətlə hərəkətdə olduğu, bundan sonra naməlum səbəblərdən sürücünün sükan idarəetməsini itirdiyi və hərəkətin əks istiqamətinə çıxaraq hərəkətdə olan yük maşını ilə toqquşduğu görülür.
Zərbənin təsirindən “BMW” deformasiyaya uğrayıb.
Sükan arxasında təhlükəsizlik kəmərini taxmayan 29 yaşlı sürücü ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib.
Digər sürücünün tibbi yardıma ehtiyacı olmayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man