Əks zolaqla irəliləyən “Oka” ağır yol qəzası törətdi - VİDEO

Nəqliyyat TV 16 Yanvar 2020 | 19:00
OXUNUB: 1057

Rusiyanın Tula əyalətində minik avtomobilinin və yük maşınının iştirakı ilə baş verən ağır yol qəzasının görüntüləri videoregistrator tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, insident əyalət ərazisindən keçən M4 trasında qeydə alınıb.

Kadrlarda, “Oka” markalı minik avtomobilin sürücüsü yolun dar, havanın da qaranlıq olmasını nəzərə almadan hərəkətin əks istiqamətinə çıxdığı, əvvəlcə ilk qarşısına çıxan yük maşınından manevr edərək qəzadan qurtulduğu, lakin ikinci yük maşını ilə toqquşmaqdan xilas ola bilmədiyi görülür. Zərbənin təsirindən “Oka” hərəkətdə olan “Lada” markalı avtomobilə çırpılır.

Nəticədə “Oka”nın 42 yaşlı sürücüsü hadisə yerində dünyasını dəyişib. “Lada”nın qadın sürücüsünə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man