Metroda relslərin üzərində poza verən sərnişini az qala qatar vuracaqdı - VİDEO

Nəqliyyat TV 15 Yanvar 2020 | 17:56
OXUNUB: 1097

Rusiyanın Moskva şəhərində metro stansiyasında relslərin üzərində şəkil çəkdirən şəxsin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 8-də “Boroviçkaya” metro stansiyasında qeydə alınıb.

Kadrlarda, 23 yaşlı sərnişin platformanın kənarına yaxınlaşdığı, ardınca da relslərin arasındakı boşluğa atladığı və əlində fotoaparat olan dostunun qarşısında poza verdiyi görülür.

Bir neçə şəkil çəkdirdikdən sonra, hər iki şəxs yaxınlaşan qatarın maşinistinə işarələr verməyə başlayıblar. Xoşbəxtlikdən maşinist qatarı gənc oğlana bir neçə metr qalmış saxlaya bilib.

Qaydanı pozan sərxoş sərnişin metropoliten polisi tərəfindən dərhal oradan uzaqlaşdırılaraq hakim qarşısına çıxarılıb və o, məhkəmənin qərarı ilə “5 sutka” həbs cəzası alıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man