Rusiyanın Yekaterinburq şəhərində park edilən TIR-ın işçini sıxıb öldürmə görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 13-də şəhərdə yerləşən mikrorayonların birinin ərazində fəaliyyət göstərən “Staraya Sortirovka” yükləmə nöqtəsində qeydə alınıb. Bu barədə “Naşa qazeta” nəşri məlumat yayıb.
Kadrlarda, sürücünün TIR-ı geriyə verərək park etmək istədiyi, bu arada işçilərdən birinin pəncərənin dəmir jalüzünü qaldırmağa çalışdığı və TIR-ın onu sıxdığı görülür.
Yük maşını ilə dəmir jalüzün arasında sıxılaraq ağır xəsarətlər alan 33 yaşlı kişi hadisə yerində vəfat edib.
Polis faktla bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man