Bakı-Sumqayıt yolunda intihara cəhd edən sürücü: DYP-nin diqqətinə - VİDEO

Nəqliyyat TV 13 Yanvar 2020 | 14:48
OXUNUB: 1791

Bakı-Sumqayıt yolunda özünü ölümə aparan sürücünün görüntüsü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, yanvarın 13-ü səhər saat 09:05 radələrində Bakı-Sumqayıt yolunda hərəkət edən 10 VB 212 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. O, digər qayda pozan sürücülərdən fərqli olaraq yolun üzü Bakı istiaqamətinə olan hissəsinin sürətli zolağında yüksək sürətlə hərəkət edərək qarşısından gələn avtomobillərin üzərinə sürüb. Hadisəni qeydə alan əməkdaşımız bildirir ki, təhlükəni görən anda avtomobili sağa manevr etməsəydi ölümlə nəticələnən qəza baş verecəkdi. 

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, həmin sürücü barədə araşdırma aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsi ilə protokol tərtib olunub.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man