Sosial şəbəkədə qeyri-adi “Niva”nın görüntüləri yayımlanıb. Avtosfer.az xəbər verir ki, video “Facebook”un “Driving Dutchman” səhifəsindən paylaşılıb.
Kadrlarda, avtomobil nəinki aşağı endirilib, hətta aşağı hissəsi də kəsilib və kəsilmiş təkər tağının arasından şinin bir az fərq edildiyi də görünür. Üstəlik “Niva” belə bir vəziyyətdə hərəkət edir.
Bu cür avtomobili yalnız Formula-1 yarışlarının keçirildiyi traslarda sürmək olar. Təsəvvür edin ki, həmin “Niva”nı Binə qəsəbəsinin küçələrində idarə edirsən...
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man