Rusiyanın Sankt-Peterburq şəhərində avtomobillə piyadaların vurulma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 10-da Nevski rayonu ərazisində qeydə alınıb.
Əyalət üzrə Dövlət Yol Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib ki, “Lada” markalı avtomobilin sürücüsü piyada keçidindən keçən iki nəfəri vurub. Nəticədə 25 və 59 yaşlarında olan iki kişi ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man