Yanvarın 8-də Rusiyanın Moskva ətrafında baş vermiş ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident M5 “Ural” avtomagistralının 145-ci kilometrliyində Luxoviç şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Kadrlarda hərəkətdə olan TIR-ın “Citroen” markalı avtomobilə arxadan çırpıldığı, zərbənin şiddətindən “Citroen”in idarəetmədən çıxdığı və “KİA” ilə toqquşduğu görülür.
Moskva üzrə Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər isə xəstəxanaya çatdırılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man