Türkiyənin İstanbul şəhərində qəza törədən motosiklet sərnişin avtobusunun altında qalıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Ümraniye rayonunun Almalı istiqamətində qeydə alınıb.
Məlumata görə, Ankara istiqamətinə hərəkət edən motosiklet, təhlükəsizlik zolağında park edilmiş mikroavtobusa çırpılıb. Zərbənin şiddətindən idarəetmədən çıxan motosiklet sağ zolaqda hərəkətdə olan marşrut avtobusunun qarşısına aşıb. Avtobus sürücüsünün əyləcə sıxmasına baxmayaraq motosiklet marşrutun altında qalaraq metrlərlə sürüklənib.
Nəticədə motosikletin sürücüsü ilə sərnişini hadisə yerində vəfat ediblər.
Polis faktla bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man