Bəzən sedan avtomobillər idarə edən sürücülər yük maşınlarının kor nöqtələrinə girir. Həmçinin ağır tonnajlı avtomobillərin sanki altına atılırlar. Təqdim edəcəyimiz videoda iki qəza vəziyyəti var. İlk videoda yük maşını işıqforun son saniyələrdə yolayrıcına daxil olaraq dönmək istəyir. Bu zaman tələsən VAZ 2107 markalı avtomobilin sürücüsü ona yol vermir. Nəticədə qəza baş verir. Yük maşınının sürücüsü təcrübəli olduğu üçün xəsarət alan olmur.
İkinci videoda isə kor nöqtə məsələsi var. Günün qaranlıq vaxtında yük maşınının kor nöqtəsinə girən sedan sürücüsü qəzaya düşür. Avtomobil elə yerdə irəliləyir ki, yük maşınının sürücüsü onu görə bilmir. Videonu təqdim edirik:
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man