Qadın avtomobili svetofora çırpdı: 2 nəfər xəsarət aldı – VİDEO

Nəqliyyat TV 02 Yanvar 2020 | 20:00
OXUNUB: 912

Rusiyanın Çelyabinsk əyalətində minik avtomobili svetofora çırpılıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 1-də günorta saatlarında Pervoy Pyatiletki və Qorkovo küçələrinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, 27 yaşlı qadın idarə etdiyi “Lada Granta” markalı minik avtomobillə, sürətlə hərəkətdə olan zaman sükan idarəetməsini itirib. İdarəetmədən çıxan “Lada” əvvəlcə yol kənarına sürüklənib və sonra da svetofora dəyərək aşıb.

Nəticədə sürücü və sərnişin qismində olan 2016-cı il təvəllüdlü qız xəsarətlər alıb. Yaralılar “təcili tibbi yardı” maşını ilə xəstəxanaya çatdırılıblar. 27 yaşlı qadın müalicə üçün palataya yerləşdirilib, balaca qız isə ambulator müalicəyə göndərilib.

Qəzanın görüntüləri təhlükəsizlik kamerasına düşüb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man