Qarlı yolda qorxunc qəza; maşınla vurulan piyada havaya uçdu - VİDEO

Nəqliyyat TV 30 Dekabr 2019 | 18:47
OXUNUB: 1074

Türkiyənin Qəhrəmanmaraş vilayətində təxminən bir həftədir aramsız yağan qar Göksun – Qəhrəmanmaraş şosesində nəqliyyatın hərəkəti üçün çətinliklər yaradıb. Avtosfer.az xəbər verir ki, dünən axşam saatlarında şosedəki tunelin girişində yolun buzlu və qarlı olması səbəbindən 9 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Qəzada iştirak edən nəqliyyat vasitələrinə yoldan keçən sürücülər də kömək etməyə çalışıblar. Lakin bu arada sürətlə hərəkətdə olan bir maşın idarəetmədən çıxaraq qəza törədən avtomobilə arxadan çırpılıb.

Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar ambulanslarla xəstəxanalara çatdırılıblar. Onların səhhətlərinin normal olduğunu bildirilib. 

Baş verən qəzanın görüntüləri isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda ağ rəngli avtomobilin iki minik maşınına çırpıldığı və sonra da bir şəxsi vurduğu görülür. Zərbə o qədər güclü olur ki, şəxs havada fırlanaraq avtomobilin üzərinə düşür.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man