Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün saat 10.30 radələrində Primorsk şosesinin 12-ci kilometrliyinin Komarova qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, yüksək sürətlə hərəkətdə olan “BMW” markalı minik avtomobili, döngədə idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb. Zərbənin təsirindən avtomobil tamamilə yarasız vəziyyətə düşüb.
Nəticədə 25 yaşlı sürücü və 22 yaşlı sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Qəzadan sonra avtomobilə baxış keçirən polis əməkdaşları, sürətölçənin oxunun 140 km/saatın üzərində qaldığını görüblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man