Sükan arxasında mürgüləyən TIR sürücüsü DƏHŞƏT SAÇDI - FOTO + VİDEO

Nəqliyyat TV 24 Dekabr 2019 | 23:23
OXUNUB: 1370

Ukraynanın Kiyev şəhərində sükan arxasında mürgüləyən TIR sürücüsü yol-nəqliyyat hadisəsinə səbəb olub. Avtosfer.az xəbər verir ki, insident şəhərini Polyarnaya küçəsində baş verib. Məlumata görə, Suma şəhərindən gələn un yüklü “Renault” markalı TIR, qovşaqda idarəetmədən çıxaraq əvvəlcə “Mitsubishi” markalı minik avtomobilinə sonra isə yanacaqdoldurma məntəqəsində park edilmiş “Hyundai”ya çırpılıb.

Nəticədə ciddi xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ziyan dəyib.

Qəzanın görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda, yanacaqdoldurma məntəqəsi ərazisində ağ rəngli “Hyundai” markalı avtomobilin park edildiyi və sürücünün salondan düşdüyü anda üzərinə iri qabaritli TIR-ın gəldiyi görülür. Bunu görən sürücü özünü tez avtomobilin salonundan kənara atır.

Yerli medianın məlumatına görə, qəzaya səbəb TIR sürücüsünün sükan arxasında mürgüləməsi olub.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man