Evə çırpılan “betonqatışdıran” çaya düşdü - VİDEOlar

Nəqliyyat TV 23 Dekabr 2019 | 15:10
OXUNUB: 927

Rusiyanın Sankt-Peterburq şəhərində betonqatışdıran maşınının törətdiyi qəzanın görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident bu gün səhərin erkən saatlarında sahil kənarı Oktyabr rayonunun Malooxtinsk prospektində qeydə alınıb.

Kadrlarda, prospektdə betonqatışdıran maşının sürətlə hərəkətdə olduğu və anidən naməlum səbəblərdən idarəetmədən çıxdığı görülür. Bundan sonra maşın, əvvəlcə yol kənarında olan evlə toqquşur ardınca da istiqamətini dəyişərək “Volkswagen Polo” markalı taksiyə çırpılır və daha sonra da Neva çayına düşür.

Yerli medianın məlumatına görə, maşın çaya düşdükdən sonra 1.5 kilometr irəliləyib. Hadisə yerinə xilasetmə və polis əməkdaşları cəlb edilib.

Yük maşınının sürücüsünün taleyi və qəzanın səbəbləri barədə məlumat verilmir.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man