Yeraltı keçidin üstündə qəza: Dəmirlərin arasından keçən gənc vuruldu - VİDEO

Nəqliyyat TV 22 Dekabr 2019 | 14:15
OXUNUB: 3283

Dekabrın 20-də Bakı-Qazax yolunun 31-ci kilometrliyində  yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Çayko Yelena Mixaylovnanın idarə etdiyi, 90 GA 567 dövlət nömrə nişanlı, "Audi Q7" markalı avtomobil yolu keçən Qaradağ rayon sakini Camalov Səhyəddin Maşallah oğlunu vurub. Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Hazırda həkim nəzarəti altında müalicə olunur. 
Hadisənin baş verdiyi ərazidə yeraltı piyada keçidi var.

Avtosfer.az Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları ilə birlikdə hadisə baş verən ərazidə çəkiliş aparıb. Məlum olub ki, həqiqətən də yeraltı piyada keçidi həmin ərazidə uzun illərdir fəaliyyət göstərir. İşıqlandırma təmin edilib və piyadalar ordan normal şəkildə istifadə edə bilir. Lakin təəssüflər olsun ki, bəzi piyadalar sanki bir neçə saniyə vaxt itirməmək üçün həmin keçiddən istifadə etmir və yolun hərəkət hissəsində dəmir arakəsmələri keçərək qarşı tərəfə çıxmağa çalışırlar. Bununla da ciddi təhlükə yaradırlar.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının baş inspektoru, polis baş leytenantı Rəşad Ağayev Avtosfer.az-a bildirib ki, ərazidə piyada keçidi olduğu halda bəzən qaydalar pozulur. "Biz dəfələrlə xəbərdarlıq edirik, cərimə tətbiq olunur. Amma piyadalar da anlamalıdır ki, keçiddən istifadə etmək onların təhlükəsizliyi üçündür. Əks halda bu cür bədbəxt hadisələr baş verir ki, nəticəsi ağır olur. Odur ki, ərazisində yaşayan sakinlərə bir daha müraciət edərək piyada keçidlərindən istifadə etməyi tövsiyə edirik." 

Vətəndaş İsa Tağıyev Avtosfer.az-a bildirib ki, həmişə keçiddən istifadə edir. "Məsuliyyət dərk etmək lazımdır. Çünki 1-2 dəqiqə tələsmək bizi həyatımızdan edə bilər."


Videoreportajı təqdim edirik:

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man