Astara rayonunda yaranmış xaosla bağlı sakinlər Avtosfer.az-a şikayət ünvanlayıblar. Belə ki, Astara rayonu (köhnə Bakı-Astara yolu) Pensər kəndinin "dördyol" kimi tanınan ərazisində sürücülər həm maneə, həm də təhlükə ilə üzləşirlər. Videodan aydın şəkildə görünür ki, yolun kənarında taksi sürücüləri avtomobili qanunsuz olaraq, pərakəndə halda park ediblər. Həmçinin küçə ticarəti ilə məşğul olanlar yolu kəsiblər. Alış-veriş edən şəxslər isə avtomobillərinin yolun hərəkət olan hissəsində park edərək gediş-gəlişə mane olur. Lakin bu problemi bağlı mübarizə aparılmır.
Sakinlər həmin ərazidə normal və təhlükəsiz hərəkətin bərpa olunmasını xahiş edir. Videonu təqdim edirik:
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man