Türkiyənin Bursa əyalətində piyada keçidindən keçən qadını avtomobil vurub. Avtosfer.az xəbər verir ki, insident Mudanya rayonunda qeydə alınıb. Məlumata görə, mağazadan çörək aldıqdan sonra evə getmək üçün piyada keçidindən keçmək istəyən Naciyə Aydoğdu (58), sürətlə hərəkətdə olan avtomobilin vurması nəticəsində yaralanıb.
Qəzadan sonra dərhal Mudanya Dövlət Xəstəxanasına çatdırılan 4 uşaq anasının ayağının sındığı müəyyən olub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Kadrlarda sürətlə hərəkətdə olan avtomobil, piyada keçidindən keçən yaşlı qadına çırpıldığı və zərbənin şiddətindən qadının havaya qalxaraq asfalta çırpıldığı görülür.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man