Rusiyanın paytaxtı Moskvada şəhər sakini iki cinayətkar tərəfindən döyülərək qarət olunub. Avtosfer.az xəbər verir ki, insident Domodedov rayonunda qeydə alınıb. Bu barədə Moskva əyaləti üzrə DİN Mətbuat Xidmətinin rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, iki soyğunçu aeroport yaxınlığında bir kişiyə hücum edərək içərisində 5 milyon rubl (136 min Azn) olan çantanı əlindən alıb. Bundan sonra şəxs qaçan cinayətkarlardan çantasını almaq üçün onların arxasınca qaçıb. Bunu görən qarətçilərdən biri zərərçəkənin başına bir neçə dəfə zərbə endirib.
Şikayət ərizəsinin ardından, polis ərazidə yerləşən təhlükəsizlik kamerasına baxış keçirib və soyğunçulardan birinin kimliyini müəyyən edərək onu yaxalayıb.
Bildirilir ki, saxlanılan şəxs Volqoqrad əyalətinin Reutove şəhərində yaşayan 27 yaşlı fitnes müəllimidir. Digər qarətçinin axtarışları davam etdirilir.
Hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırmalar aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man