Yolayrıcının keçmə qaydasının pozulmasına görə baş verən yol nəqliyyat hadisələri kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, paytaxt küçələrində baş vermiş bu qəzalar sürücülərin qanunu yaxşı bilməməsi və diqqətsizliyi səbəbindən baş verib. Hər iki yol nəqliyyat hadisəsi nizamlanmayan yolayrıcında baş verib. Nizamlanmayan yolayrıcında heç bir üstünlük nişanı yoxdursa, həmin yolayrıcına daxil olan sürücü sağdan yaxınlaşan avtomobillərə yol verməlidir.
Yol Hərəkəti Haqqında Qanunun 77-ci maddəsinin III hissəsində qeyd olunub ki, "Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir".
Sürücülərə tövsiyə edirik ki, qanunlara əməl etsinlər və təhlükəli yol sahələrində daha ehtiyatlı olsunlar.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man