Bakının ən çox hərəkət olan magistral yollarından biri də Buzovna - Bilgəh yoludur. Təssüf ki, piyadavurmaların payı bu yolda da az deyil. Səbəb isə olduqda sadədir. Yolda piyada keçidi demək olar ki, yoxdur. 10 km-lik yolda cəmi bir piyada keçidi var. Biri isə neçə ildir ki, tikilir. İnsanlar bu yolu təhlükə ilə keçməyə məcburdurlar. Təbii ki, bu vəziyyətdə piyadavurmaların sayı da artır. Maraqlıdır ki, qanunvericiliklə ən çox 300 metrdən bir piyada keçidi olması nəzərdə tutulsa da bu yol bizim qanunlarla "işləmir".
Yəqin ki, aidiyyəti qurumlar bu barədə bir daha düşünərlər. Avtosfer.az-ın təqdim etdiyi videoda yolu keçək yaşlı kişi sürücünün son anda peşakar davranması nəticəsində qəzadan xilas olur. Amma hər dəfə belə peşakar sürücü ilə qarşılaşmaya da bilər.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man