Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabr ayının 12-i, saat 23:53 radələrində Azneft dairəsindən Niyazi küçəsi ilə Prezident Administrasiyası istiqamətində baş verib. Belə ki, 10 UO 301 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qoşa xəttin tələblərini pozaraq yüksək sürətlə əks istiqamətdə hərəkət edir. Daha sonra isə İstiqlaliyyət küçəsinə dönərək gözdən itir. Sürücünün bu addımı inzibati xəta tərkibi yaratmaqla yanaşı həm də təhlükəlidir.
Qeyd edək ki, Prezident Administrasiyasından tez-tez xarici ölkələrdən gəlmiş rəsmi qonaqlar çıxır. Əgər həmin an qarşıdan hər hansı avtomobil gəlsə idi qəza qaçılmaz olacaqdı. Videonu təqdim edirik. Ümid edirik ki, DYP bu tələsən sürücünü aşkar edərək cərimə tətbiq edəcək və tələsdiyi yeri də ondan soruşacaq.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man