Bakıda 20 dəqiqə ərzində 4 avtobus prospektdə "protiv" gedir - VİDEO

Nəqliyyat TV 06 Dekabr 2019 | 11:00
OXUNUB: 1073

Sərnişindaşıma fəaliyyəti göstərən 30 və 49 saylı marşrutlar Babək prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Belə ki, hər iki xəttin avtobusları prospektdə yollarını qısaltmaq üçün xeyli məsafəni əks istiqamətə hərəkət edir. Onlar həm yüzlərlə sərnişinin, həm də öz yolu ilə gedən digər maşınlarda olan insanların həyatını təhlükəyə atır.

Sürücülər prospektdə bu halın demək olar ki, hər gün yaşandığını deyir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov qayda pozan sürücülərin tezliklə tapılıb yüksək məbləğdə cərimə olunacaqlar: “Həmin görüntülərdə təxminən 3 avtobus və bir neçə nəqliyyat vasitəsi geriyə hərəkət edir. Videoda aşkar görünür ki, yolun sol tərəfində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Təbii ki, bəzi avtomobil sürücüləri “tələsirəm”, “marşrut avtobuslarının sürücüləri isə “gecikirik” ifadələri işlədərək qabağa düşməyə çalışırlar və yol hərəkət qaydalarını kobud şəkildə pozurlar. Bu o demək deyil ki, onlar belə eləməklə mənzil başına vaxtında çatırlar. Əslində onlar böyük məbləğdə və eyni zamanda cərimə balı ilə cəzalandırılmalıdırlar ki, bir də belə səhvlərə yol verməsinlər”.



V.Əsədov qeyd edib ki, hazırda kameraların köməyi ilə həmin nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının və sürücülərin aşkarlanıb qanunvericiliyin tələbləri üzrə məsuliyyətə cəlb edilməsi üçün araşdırılma aparılır: “Həmin sürücülərin aşkarlanıb məsuliyyətə cəlb edildiyi zaman sizə də məlumat verəcəyik. Eyni zamanda da sizin köməyiniz ilə ictimai nəqliiyyat vasitələrini idarə edən sürücülərin, sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki, təhlükəsizliyi təmin edək. Yol polisinin olmamasından istfadə edib belə kobud hərəkət etmək, təbii ki, yolverilməzdir. Unutmayaq ki, Bakı şəhərində hərəkətə hər tərəfli nəzarət etmək imkanı var və kameralar vasitəsi ilə təhlükəsizliyin təmin edilməsi üçün aidiyyatı üzrə tədbirlər həyata keçirilir. Buna görə də, sərnişin aşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahi edirik ki, onlar təbliğatı gücləndirsinlər. Sürücülərin özbaşınalığına, diqqət yetirsinlər. Əks halda qanunvericiliyin tələbləri ilə bağlı ictimai nəqliyyat vasitələrinin hüquqi şəxslərinə də tərəfimizdən təqdimatlar göndəriləcək. Bir daha bildirirəm ki, təhlükəsizliyimiz öz əlimizdədir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man