Pirşağıda ağır qəza - Elektrik qatarı kranla toqquşdu - VİDEO

Nəqliyyat TV 02 Dekabr 2019 | 17:30
OXUNUB: 2978

Noyabrın 30-da dəmiryol stansiyasında elektrik qatarı ilə kran toqquşub.

Baş verən qəzanın görüntülərini BAKU.WS-in “qaynar xətti”nə göndəriblər. 

Bildirilir ki, hadisə noyabrın 30-da Pirşağı stansiyasında avtomobil keçidində baş verib.
Pirşağı stansiyasında dəmir yolunun təmiri zamanı kranın sürücüsü yaxınlaşan elektrik qatarının səs siqnalı işarəsinə uyğun olaraq işini saxlayıb. Bu zaman "S" əndazəsinin tələblərini pozub. Artıq gec olduğu üçün elektrik qatarının maşinisti qəfildən əyləci basaraq kabinəni tərk edib və arxa vaqonlara keçib.
Hadisə zamanı xəsarət alan olmayıb.

Qəzanın nəticələri bir müddət sonra aradan qaldırılıb.

Məsələ ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Natavan Bayramova bildirdi ki, bu barədə məlumat verilməsi məsləhət deyil.

Qurum rəsmisi vurğuladı ki, ümumiyyətlə əgər bu xəbər verilərsə, bir daha “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat ala bilməyəcəyik.

P.S. Mətbuat xidmətinə xatırlatmaq istərdik ki, mətbuata informasiya vermək onun birbaşa vəzifəsidir.

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man