İçərisində 347 sərnişinin olduğu təyyarənin mühərriki havada yandı - VİDEOlar

Nəqliyyat TV 23 Noyabr 2019 | 01:28
OXUNUB: 1774

“Philippine Airlines” aviaşirkətinə məxsus “Boeing 777” sərnişin təyyarəsinin mühərrikində yanğın baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün yerli saatla 11.00 radələrində Los-Anceles Beynəlxalq hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qeydə alınıb.

Sərnişinlərdən birinin söylədiyinə görə, təyyarə havaya qalxdıqdan sonra salonda 4 güclü silkələnmə olub. Ardınca da sağ mühərrikdə partlayış baş verib və yanmağa başlayıb. Bu səbəbdən də bəzi sərnişinlər həyəcanlanaraq qışqırmağa başlayıblar. Təyyarə havaya qalxdıqdan 1 saat sonra təhlükəsiz olaraq qalxdığı aeroporta eniş edib.

Hava limanının nümayəndəsinin sözlərinə görə, mühərrikin alovlanması mexaniki nasazlıq səbəbindən baş verib.

Hadisə zamanı xəsarət  alan olmayıb. Sərnişinlər başqa təyyarəyə təxliyə ediliblər.

Bildirilir ki, Manila marşrutu ilə havaya qalxan təyyarənin bortunda 347 sərnişin olub.

Hadisənin görüntülərini yerdən Los-Anceles sakinləri qeydə alıb. Kadrlarda, uçan təyyarənin mühərrikindən alovun çıxdığı görülür.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man